Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Cinayətkarlığa qarşı mübarizədə, ictimai asayişin mühafizəsində, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, ölkədə koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejiminə nəzarətin təmin edilməsi ilə bağlı xidməti vəzifələrini yerinə yetirməkdə fərqləndiklərinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin bir qrup əməkdaşı “Vətən uğrunda” və “İgidliyə görə” medalı ilə təltif ediliblər.
Xocalı RPŞ-nin rəisi, polis polkovniki Bağırov Eldar Həsən oğlu da təltif edilən polis əməkdaşları sırasındadır. Eldar Bağırov “Vətən uğrunda” medalı ilə təltif edilib.